Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sumqayıtda “Karvan” ticarət mərkəzi yenə yandı: 1 ölü, 5 yaralı - FOTOLAR - YENİLƏNİB

Hadisə ilə bağlı fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlama verib.

Simsar.az-ın hadisə yerindəki əməkdaşının verdiyi xəbərə görə, E. Mirzəyev deyib ki, yanğın zamanı 1 nəfər tüstüdən boğularaq ölüb. Bundan başqa 5 nəfər isə zəhərlənib. Xəsarət alanlar artıq xəstəxanaya yerləşdirilib.

O vurğulayıb ki, hazirda xilasedicilər həlak olan şəxsin meyitinin hadisə baş verən ərazidən çıxarılması üçün tədbirlər görür.

Nazir müavininin sözlərinə görə, yanğın 350 kv.metrə qədər ərazini əhatə edib.

O, yanğının səbəblərinin araşdırıldığını da qeyd edib.

**** 22.23

“Karvan” ticarət mərkəzində axşam saatlarında başlayan yanğının qarşısı alınıb. İlkin məlumata görə, xəsarət alanlar var.

Əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant  Etibar Mirzəyev də gəlib.

*** 21.50

Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın başlayıb.

Simsar.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, şahidlər bildirib ki, alov “Garda” firmasına məxsus ayaqqabı mağazasnda başlayıb.

Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda briqadası yanğın söndürülməsi prosesinə cəlb olunub. Hazırda yanğının qarşısının alınması və alovun digər obyektlərə keçməməsi üçün zəruri tədbirlər həyata keçirilir.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da hadisə yerinə cəlb olunub.

Hüseyn İbadlı






9 Oktyabr, 2014  21:30 Baxılıb: 2693 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner