Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Vaşinqton merindən Obamaya kəskin etiraz

Etirazçılar saxlanıldı

Vaşinqtondakı Kapitolini mühafizə edən polis əməkdaşları şəhər meri Vinsent Qreyi həbs ediblər.

Simsar.az-ın “The Washington Post” qəzetinə istinadən verdiyi məlumata görə, onunla birgə Kolumbiya dairəsinin bələdiyyə Şurasının 5 üzvü, o cümlədən Şuranın sədri Kvame Brun tutulub.

Yüksək vəzifəli şəxslər etiraz aksiyasında iştirak edirlərmiş. 200-ə yaxın məmur və ictimai şəxs Amerika Senatının yaxınlığındakı küçələrdən birini bağlayıb. Onlar 2012-ci ilin büdcəsi qəbul edilən zaman Barak Obama administrasiyasına güzəştə gedən Konqresin aşağı palatasının qərarına etiraz ediblər.

Polis etiraz aksiyası iştirakçılarının 30 dəqiqə küçədə oturmasına imkan verib və bundan sonra onları həbs etməyə başlayıb. Vinsent Qrey də digər etirazçılarla bərabər yerdə oturubmuş.

Prezident administrasiyası və Nümayəndələr Palatası arasında büdcə ilə bağlı razılaşma aprelin 8-də əldə edilib. Respublikaçılar Obama administrasiyasından fərqli olaraq, daha böyük ixtisar tələb edirlərmiş.

Qeyd edək ki, Senat büdcəni aprelin 14-də müzakirə edəcək.






12 Aprel, 2011  14:49 Baxılıb: 1211 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner