Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Koroğlu" stansiyasının yanındakı yollar bağlanacaq - XƏBƏRDARLIQ

“Oktyabrın 9-u axşam saatlarından etibarən Bakıdan paytaxtın bir sıra qəsəbələrinə və əks istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq”.

Simsar.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, bu gün axşam saat 20:30-dan etibarən təmir-quraşdırma işləri tam başa çatanadək Bakıda metronun “Koroğlu” stansiyasından keçməklə Buzovna, Mərdəkan, Şüvəlan, Qala, Zabrat, Maştağa istiqamətlərində, oktyabrın 10-da isə əks itiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin nəzərinə çatdırılır ki, Olimpiya stadionu ilə üzbəüz hissədə yeni informasiya lövhəsinin quraşdırılması ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sıxlığın, tıxacların yaranmaması üçün həmin istiqamətlər üzrə hərəkət edən sürücülərdən xahiş edir ki, alternativ yol kimi Aeroport-Hövsan beton yolundan istifadə etsinlər".

Onun sözlərinə görə, quraşdırılan informasiya lövhələri böyük əhəmiyyət daşıyır və sürücülərin rahatlığının təmin edilməsi üçündür: "Adıçəkilən istiqamətlərdə hərəkətin məhdudiyyəti informasiya lövhəsinin quraşdırılması işləri başa çatanadək davam edəcək".







9 Oktyabr, 2014  17:01 Baxılıb: 757 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner