Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bu obyektlər cərimə olunacaq – SİYAHI

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinqlər davam etdirilir.

Keçirilən növbəti monitorinqlər zamanı

Salyan şəhərində

- 20 Yanvar küçəsində Xuraman Abdullayevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Sabunçu rayonunda

- Kürdəxanı qəsəbəsi, M.Adil küçəsində “İl” MMC-yə məxsus mağazada;

- Bakıxanov qəsəbəsində Minasə Lətifovaya, İlqar Ağayevə və Asəf Rəhimova məxsus mağazalarda normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Mingəçevir şəhərində

- H.Əliyev prospekti, 66/25 ünvanında Çingiz Səfərova məxsus mağazada;

Siyəzən rayonunda

- Zarat kəndində Qorxmaz Qasımova məxsus mağazada;

Zaqatala şəhərində

- E.İbrahimov küçəsində Seyfullah Məmmədova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Simsar.az







9 Oktyabr, 2014  16:18 Baxılıb: 891 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner