Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Oğlumu göstərin” deyərək, özünü yandırdı – TƏFƏRRÜAT (FOTOLAR)

Ötən gün Bakının mərkəzində - Rəşid Behbudov adına Mahnı Teatrının binası qarşısında özünü yandırmaqla intihara cəhd edən paytaxt sakininin törətdiyi hadisə ilə bağlı əlavə təfərrüatlar bəlli olub.

Simsar.az xəbər verir ki, oktyabrın 8-də saat 18:30 radələrində Rəşid Behbudov 26 ünvanında özünü yandıran 1979-cu il təvəllüdlü Əliyev Füzuli Yusif oğlu bu əməli ailə münaqişə zəmnində törədib.

Hadisə yerində olan əməkdaşımızın əldə etdiyi məlumata görə,F. Əliyev özünü yandırmamışdan əvvəl bir neçə dəfə oğlu ilə görüşmək istədiyini tələb edib. Buna məhəl qoyulmadığında isə üzərinə spirt tökərək özünü yandırıb. Bu vəziyyətdə də ona kömək edən olmayıb.

Hətta F. Əliyev yerdə ağır-huşsuz vəziyyətdə belə oğlunu görüb, sonra ölmək istdiyini qışqıra-qışqara deyirmiş.

Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Respublika Yanıq Mərkəzindən isə Simsar.az-a bildirilib ki, F. Əliyev xəstəxanaya 3-cü yanıq xəsarəti ilə qəbul olunub. Hazırda xəstənin vəziyyəti orta-stabildir.

Vüsal Qarayev

 







9 Oktyabr, 2014  08:57 Baxılıb: 1524 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner