Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezidentdən sənaye ilə bağlı FƏRMAN

Azərbaycan prezidenti İlham Əliyev “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərman imzalayıb.

Simsar.az-ın məlumatına görə, fərmana əsasən, sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.

Nazirlər Kabineti İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə 3 ay müddətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir, İqtisadiyyat və Sənaye Nazirliyi isə sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi (məsləhət, treninq, peşə hazırlığı xidmətlərinin, güzəştli kreditlər verilməsi və səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsi), habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etməlidir.

Nazirlər Kabineti ilə İqtisadiyyat və Sənaye Nazirliyi bu fərmanın icrası ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.

Fərmanda bildirilir ki, sənaye məhəllələrinin yaradılması haqqında qərarı İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan prezidenti qəbul edir. Sənəddə qeyd edilir ki, sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir.

 






8 Oktyabr, 2014  19:19 Baxılıb: 709 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner