Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərkosmos”dan elan: türk kanallarının yayım tezliyi dəyişib

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti türk kanallarının yayım tezliyinin dəyişməsini elan edib. Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən Simsar.az-a verilən məlumata görə, “Azərkosmos”dan verilən məlumata əsasən, artıq televiziya izləyiciləri “Kanal D”, “Star TV”, “TV8 Int”, “Show TV”,”ATV”, “NTV Int”, “CanAzerbaycan TV”, “Zuhur TV” kimi kanallarını yeni 11015 H 30000 tezliyində izləyə bilərlər.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.

Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

 

 






8 Oktyabr, 2014  17:36 Baxılıb: 1253 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner