Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Biləcəridəki partlayışda 4 nəfər ağır yaralandı - YENİLƏNİB - FOTOLAR

Biləcəri qəsəbəsi ərazisində Bakı Beynəlxalq Avtovağzalının yanındakı yaşayış binasının zirzəmisində baş verən güclü partlayış nəticəsində çoxlu sayda xəsarət alan olub.

Təcili Tibbi Yardım Stansiyasından Simsar.az-a verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

Mərkəzdən isə yaralıların vəziyyəti ilə bağlı hələlik məlumat almaq mümkün olmayıb.

 

 

*** 18:15

 

Bir neçə dəqiqə əvvəl Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində Bakı Beynəlxalq Avtovağzalının yanındakı yaşayış binasının zirzəmisində güclü parttlayış olub.

Simsar.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə “Army” market adlı ticarət obyektinin zirzəmisində baş verib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Binəqədi Rayon Polis İdarəsindən Simsar.az-a bildirilib ki, hadisə marketin şirniyyat bölməsində baş verib. İlkin ehtimala görə, partlayış qaz sızmasından törəndiyi ehtimal olunur.

Polis xəsarət alanlar haqda hələlik informasiya olmadığını da qeyd edib.

Təcili Tibbi yardımdan isə Simsar.az-a deyilib ki, hadisə yerinə həkim briqadası göndərilsə də ölən və yaralananlar haqda müfəssəl məlumat yoxdur.

Ramil










8 Oktyabr, 2014  17:52 Baxılıb: 1496 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner