Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tədbirlər zamanı yeni xərc normaları müəyyənləşdi - QƏRAR

Dövlət  büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin yeni xərc normaları müəyyənləşib.

Simsar.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları”na etdiyi dəyişikliyə əsasən dövlət  büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən keçirilən beynəlxalq və ölkə səviyyəli tədbirlərdə nümayəndə heyətinin hər bir üzvü üçün 40 manata qədər dəyərdə nahar yeməyi, 60 manata qədər dəyərdə şam yeməyi veriləcək.

Bundan əvvəl bu xərc normaları nahar və şam yeməyi üçün eyni səviyyədə - 25-35 manat olub. Ziyafətin verilməsi xərcləri də artırılaraq 50 manatdan 80 manata qaldırılıb. Yeniliklərdən biri də danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi dövründə hər bir nəfər üçün 10 manat xərc normasının müəyyənləşdirilməsidir. İndiyə qədər belə xərc norması müəyyənləşməmişdi. Dəftərxana xərcləri üçün nəzərdə tutulan məbləğ isə 3 dəfə artırılıb. Bundan sonra nümayəndə heyətinin rəhbəri üçün 60 manat, nümayəndə heyətlərinin üzvləri üçün 30 manata qədər dəftərxana xərcləri nəzərdə tutulacaq. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri də (1 nəfər üçün) dəyişib. Nümayəndə heyətinin rəhbəri üçün 100 manat norması saxlanılıb, nümayəndə heyətinin üzvləri  isə artıq 30 deyil, 50 manat dəyərində xatirə hədiyyələri ala biləcək.

Qərara əsasən, tərcümə xidməti ilə bağlı xərclərə də yenidən baxılıb. İndiyə qədər tərcümə xidmətləri ilə bağlı xərclərin ödənilməsi (təşkilatların təqdim etdiyi hesaba görə saat hesabı ilə - 1 gün ərzində 8 saata qədər) 1 saatı 20 manata qədər nəzərdə tutulub. Dəyişikliyə əsasən, bundan sonra xarici ölkələrin nümayəndə heyətlərinə və ayrı-ayrı rəsmi şəxslərə tərcümə xidməti xərcləri tərcümə xidməti göstərən hüquqi və ya fiziki şəxslərlə real bazar qiymətlərinə uyğun olaraq bağlanmış müqavilə və müvafiq təsdiqedici sənədlər əsasında ödəniləcək. Xarici ölkələrin nümayəndə heyəti üzvlərinin sayı 5 nəfərdən çox olduqda, nümayəndə heyətinə xidmət göstərən tərcüməçilərin və müşayiət edən şəxslərin sayı 5 nəfərdən az olmayan hər nümayəndə heyəti üçün 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxs hesabı ilə müəyyən ediləcək. Xarici nümayəndə heyətinin say tərkibindən asılı olmayaraq, nümayəndə heyətinə (nümayəndəsinə) tərcümə xidmətinə görə 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxsin təyin edilməsi onların ayrı-ayrı dil qruplarına mənsub olması zamanı tətbiq ediləcək.

 






8 Oktyabr, 2014  17:18 Baxılıb: 1250 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner