Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Tiflis gözəli” Azərbaycanı “Türkvision”da təmsil edəcək

Türkdilli ölkələr, eləcə də türklərin sıx yaşadığı ölkələr arasında məşhurluğunu artıran “Türkvision” mahnı müsabiqəsinin seçim turları davam edir. Yarım milyondan çox azərbaycanlının yaşadığı Gürcüstanda, Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən seçimlər artıq başa çatıb və Gürcüstanın təmsilçilərinin adları da açıqlanıb.

Simsar.az xəbər verir ki, Gürcüstandan bu yarışmaya qatılacaq və bu ölkəni təmsil edəcək şəxslər azərbaycanlı gənclər olacaqlar. Bunlar Aysel Məmmədova və Ayla Şiriyevadır. Onların artıq 24 ölkənin qatılacağı “Türkvision” mahnı müsabiqəsində Gürcüstanı Rusiyanın Kazan şəhərində təmsil edəcəkləri də dəqiqləşib.

Qeyd edək ki, Aysel Məmmədova 1994-cü ildə Gürcüstanın paytaxtı Tiflisdə anadan olub, uşaq yaşlarından müxtəlif müsabiqələrdə iştirak edib. O, 2008-ci ildə azyaşlılar arasında təşkil olunan“Miss Gürcüstan” müsabiqəsinin qalibi olub. Aysel həmçinin, 2009-cu ildə “Türkcə Olimpiyatlar” yarışmasında Gürcüstanı təmsil edib və yarışda 3-cü yerin sahibi olub. Bu yarışmadan qayıtdıqdan sonra isə “Miss Tiflis” gözəllik yarışmasından təklif alıb və həmin yarışmada qalib olaraq, 16 yaşında “Tiflis gözəli” seçilib. Bu nailiyyətlərdən başqa, Aysel Məmmədova müxtəlif kliplər, reklamlar və filmlərdə rol alıb. O, aparıcı və teatr aktrisası kimi də fəaliyyət göstərir və 40-dan artıq rəqs bilir.

“Palitra”ya açıqlama verən “Tiflis gözəli” Marneulidə keçirilən seçim turlarından söz açıb. O, seçim turlarının finalında qalib gəlməyin asan olmadığını deyərək, Kazanda Gürcüstanı layiqincə təmsil edəcəyini və duet həmkarı Ayla Şiriyevayla birinci yer tutacağına inandığını bildirib: “Harada oluramsa, azərbaycanlı olduğumu qətiyyən unutmuram. Gürcüstanı isə bu yarışmada uğurla təmsil edəcəyimə inanıram. Bir yarışmaya iki azərbaycanlı xanım qatılacaq ki, onlar da Gürcüstanı təmsil edəcəklər. Məncə, bunun özü böyük uğur sayıla bilər. Bundan əvvəl də yarışma təcrübələrim çox olub. Ona görə də düşünürəm ki, bizə Kazanda çətin olmayacaq. Dostlardan, bütün həmyerlilərimizdən və soydaşlarımızdan böyük dəstək gözləyirəm”.

Gürcüstanı təmsil edəcək digər iştirakçı Ayla Şiriyeva isə Ayseldən fərqli olaraq bakılıdır. O, 1998-ci ildə paytaxtımızda anadan olub. Bu gənc xanım uşaq yaşlarından rəqs və gimnastika ilə məşğul olub. Hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alır. İxtisası fleytadır. Bundan əlavə fortepiano, caz, vokal, estrada ilə də məşğul olur. 2013-cü ildə “ATV” telekanalında “Şərq ulduzu” layihəsində 1-ci yer tutub. 2014-cü ildə isə “Azərbaycanın səsi” yarışmasında ikinci yerə layiq görülüb. Onu da qeyd edək ki, Ayla və Aysel cütlüyü artıq təkcə münsiflərin deyil, qısa zamanda tamaşaçıların da böyük rəğbətini qazanıb.






8 Oktyabr, 2014  15:05 Baxılıb: 1065 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner