Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ali Neft məktəbində beynəlxalq seminar başlayıb

Bakı Ali Neft Məktəbində neftin və qazın hasilatı məsələlərinə həsr olunmuş beynəlxalq seminar öz işinə başlayıb

Oktyabrın 8-də Bakı Ali Neft Məktəbində “Yataqların işlənməsinin və dənizdə və quruda karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Simsar.az xəbər verir ki, seminar “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov seminarı açaraq tədbirin Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi, müstəqil Azərbaycanın indiki inkişafını təmin etmiş “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunduğunu qeyd edib. O, bildirib ki, seminar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın “Confidence Capital ltd.” Şirkəti ilə birlikdə keçirilir və məqsəd Azərbaycanın neft-qaz yataqlarının işlənməsində, o cümlədən quruda və dənizdə karbohidrogenlərin hasilatı sahəsində əldə etdiyi təcrübənin xarici ölkələrin mütəxəssisləri arasında yayılmasıdır. Seminarın məşğələlərini Neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Arif Məmmədzadə və Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis Hernan De Kaso aparacaqdır. Dinləyiciləri Azərbaycanın, Rusiyanın və Ukraynanın neft-qaz sektorunun mütəxəssisləridirlər.

Oktyabrın 8-9-da seminarın iştirakçıları üçün neft-qaz yataqlarının ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftveriminin artırılması üsulları, neft-qaz hasilatı texnologiyaları və s. məsələlər üzrə məruzələr təqdim olunacaqdır.

Oktyabrın 10-11-də seminarın iştirakçıları üçün “Neft Daşları”na texniki səfər təşkil olunacaq və seminar 2 gün ərzində orada öz işini davam etdirəcəkdir.







8 Oktyabr, 2014  13:11 Baxılıb: 662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner