Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Oyunun bitməsi Suriyada Əsədin getməsidir” - DİPLOMAT

Ankaradan qərar: “Suriyaya girmirik”

Türkiyənin terrorçu “İraq Şam İslam Dövləti”nə (İŞİD) qarşı hərbi müdaxiləsi məsələsi dalana dirənib.

Proseslər Türkiyə Silahlı Qüvvələrinin “İŞİD”ə qarşı Suriya ərazisinə daxil olmayacağını göstərir. Gözlənildiyi kimi Türkiyə “İŞİD”dən əziyyət çəkənlərə yalnız humanitar yardım edəcək.

Artıq rəsmi Ankara bununla bağlı son qərar verdi.

Türkiyə hökuməti PKK ilə münasibətlərin yumşalmasında da maraqlı deyil.

Kobanililər Tükiyəyə qaçır

Türkiyə kürdlərin sıx məskunlaşdığı Kobani şəhərinin işğalına göz yummaqda günahlandırılır. Lakin Türkiyə dövləti bu ittihamlarla razılaşmır.

Dövlətdən bildirilir ki, Kobani şəhəri uğrunda gedən döyüşün “İŞİD” tərəfindən qazanması cənubda Türkiyə üçün ən pis ssenaridir. Türkiyə Kobani əhalisinin ehtiyaclarını ödəmək üçün əlindən gələni edəcək. Ankara silahların lülələrinin gələcəkdə Türkiyəyə tərəf dönməsi ehtimalını unutmur.

Önəmli olan oyunun finalıdır

Türkiyə Suriya torpaqlarında “Təhlükəsiz bölgə” və “Uçuş qadağan olunan bölgə” elan edilmədən Suriyaya ordu yeritməyi düşünmür. ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki isə ABŞ-ın əsl hədəfinin Bəşər Əsəd deyil, “İŞİD” olduğunu bildirərək, Türkiyənin tələbi ilə razılaşmadıqlarını bildirib.

Əsəd getməlidir

Türkiyə ilə ABŞ arasında bu fikir ayrılığına münasibət bildirən yüksək vəzifəli bir diplomat bunları deyib: “Bizim istəyimiz konkretdir. İŞİD-in Kobanini almasını istəmirik. Humanitar yardımları davam etdiririk. Bizim üçün oyunun bitməsi Suriyada Əsədin getməsidir. “İŞİD” bizim üçün bir simptomdur, problemin qaynağı isə Əsəddir. 1925 km-lıq cənub sərhədin aşağısında qalan bölgə idarə edilmir. Suriya islah olmaz haldadır. Buna görə də, “Təhlükəsiz bölgə” və “Uçuş qadağan edilən bölgə” elan edilməsində israr edirik. Problemin kökündən həll olunması üçün siyasi addım atmalıyıq. Əsədin getməsi lazımdır. Cenevrədə bu məsələdə razılaşmışdıq. Cenevrə razılaşması həyta keçirilsin”.

Vüsal Qarayev







8 Oktyabr, 2014  12:00 Baxılıb: 790 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner