Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan və İran media üzrə birgə komitə yaradır

Azərbaycan və İran kütləvi informasiya vasitələri üzrə birgə komitənin yaradılması məsələsini müzakirə edəcəklər. Bu barədə çərşənbə günü Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, göstərilən məsələ oktyabrın 9-da İran Dövlət Televiziya və Radiosunun rəhbəri İzzətulla Zərqəminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində müzakirə olunacaq.

İran nümayəndə heyətinin səfəri Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dəvəti ilə baş tutub.

Səfirlikdən bildiriblər ki, səfər çərçivəsində KİV sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və treninqlərin təşkili, birgə film və televiziya seriallarının çəkilişi, tele və radioyayım sahəsində texniki kursların təşkili məsələlərinə baxılacaq.

Bundan başqa, Zərqəmi Azərbaycnın bəzi KİV və televiziya kanallarının rəhbərləri ilə görüşlər keçirəcək.






8 Oktyabr, 2014  11:29 Baxılıb: 771 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner