Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Avropa Parlamentinin və BMT-nin binalarına basqın - FOTOLAR

Dünyanın diqqətini “İraq Şam İslam Dövləti” (İŞİD) mühasirəsində olan Kobani şəhərinə çəkmək üçün dünən bir qrup insan Avropa Parlamentinin Brüsseldəki mərkəzi binasına daxil olub.

Simsar.az-ın məlumatına görə, kürdlər Avropanın fərqli şəhərlərində də aksiyalar keçirib.

Aksiya iştirakçıları polisin müdaxiləsindən sonra binanı tərk ediblər. Avropa Parlamentinin sədri Martin Şults nümayişçiləri təmsil edən qrupla görüşərək, onaların ismarışlarlnı NATO ilə yanaşı, digər qurumlara da çatdıracağını bildirib.

Cenevrədəki BMT binasının qabağına toplanan, əksəriyyəti PKK tərəfdarı olan 400-500 nəfərlik qrup da “İŞİD”in Kobaniyə hücumlarına etiraz ediblər. Əllərində PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın şəkillərini tutan qrup, binanın dəmir hasarını aşaraq, binaya girməyə çalışıblar. Lakin polis aksiyaçıları uzaqlaşdıra bilib. London, Paris və Berlindəki aksiyalardan sonra Almaniyanın müxtəlif şəhərlərində də etiraz aksiyaları keçirilib.

Berlindəki nümayişlərdə aksiyaçılar, “İŞİD qətliamını drudurun”, “Kürdlər kömək gözləyir”, “Gözardı etmək insanlığın ölümüdür” şuarlar səsləndiriblər.

Vüsal Qarayev

 






8 Oktyabr, 2014  09:48 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner