Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Xocalı Soyqırımı ilə bağlı Türk Dünyasına səsləndi

Boluda çıxışı zamanı Qənirə Paşayeva Türk dövlət və toplumlarından gəlmiş qardaş-bacılarımız, aydınlara, ictimai-siyasi  xadimlərə  səslənərək  topluma örnək olaraq bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin  daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik   deyib. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkilstan,Kuzey Kıbris, Balkanlardan, Rusiya daxilindəki türk kökənli xalqlar, bir sözlə dünyanın hər yerindən gəlmiş və bu gün burada olan qardaş-bacılarımıza səslənirəm - birimizin sevincimiz hamımızım sevinci, birimizin acısı hamımızın acısı olmalıdır deyən millət vəkili Qənirə Paşayeva əgər belə bir düşüncə ilə addımlasaq daha da güclü olarıq və  haqsızlıqlarla dolu olan dünyada bizə qarşı haqsızlıqlara və ədalətsizliklərə qarşı daha güclü müqavimət göstərərik və eyni zamanda  daha çox inkişaf edər və daha da güclü olarıq deyib. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmayan münasibətlərdən olduğunu və bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək olduğunu da bildirib. Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın  Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından,  Xocalı Soyqırımından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük  dəstək olmalıyıq.İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”, – deyən millət vəkili çıxışının sonunda tədbirdə iştirak edən bir sıra türk xalqları təmsilçilərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı kitablar, materiallar, sənədli filmlər hədiyyə edib. Tədbir çərçivəsində millət vəkili həmçinin Türkmənistanın, Qazaxıstandan gəlmiş heyət və onların Türkiyədəki səfirləri, eyni zamanda Qırğısıztandan, Rusiyadan gəlmiş bir sıra tük xalqlarının təmsilçiləri  ilə ayrılıqda da görüşərək ətraflı fikir mübadiləsi aparıb.

Simsar.az







8 Oktyabr, 2014  08:48 Baxılıb: 924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner