Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cəmil Həsənlidən Xətaiyə görə, Güntay Gənçalpa sərt cavab - AÇIQLAMA

“Səfəvi dövləti fərqli məzhəb üzərində dövlət qurmasa idi Osmanlının hakimiyyəti dövründə öz varlığını qoruya bilməzdi”.

Bunu Simsar.az-a açıqlamasında professor Cəmil Həsənli son vaxtlar bəzi media vasitələrində Şah İsmayıl Xətainin əməllərinin  terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) adlı qruplaşmaya bənzədilməsinə münasibət bildirərkən deyib.

C.Həsənli bildirib ki, hər bir tarixi şəxsiyyəti dəyərləndirərkən onun yaşadığı, fəaliyyət göstərdiyi dövrün tələblərini nəzərə almaq lazımdır.

Daha sonra tarixçi-alim Cəmil Həsənli özünü araşdırmaçı kimi təqdim edən, yazıçı Güntay Gənçalpın da Xətai ilə bağlı bir neçə gün əvvəl “kult.az” saytına verdiyi müsahibəsindəki fikirlərinə də münasibət bildirib.

Güntay Gənçalpın Şah İsmayılla bağlı fikirləri ilə razı olmadığını deyən C. Həsənli vurğulayıb ki, şəxsiyyət və ya tarixi dövr ərzində fikir söyləyərkən ətraflı araşdırma aparmaq, həmin dövrün tarixi proseslərinə uyğun mülahizələr yürütmək zəruridir: “Mən bildiyimə görə, Güntay Gənçalp peşəkar tarixçi deyil. Şah İsmayıl kimi bir dövlət xadimi haqqında bu cür fikirləri irəli sürmək gerçəklikdən uzaqdır. Şah İsmayıl Xətaini İŞİD-lə müzakirə etmək isə tamamilə yanlışdır. Dini ideoloji istiqamət orta əsrlər dövründə həm şərq, həm də qərb ölkələrində əsas istiqamət olub. İŞİD-də təmsil olunanların ideya istiqaməti isə qədim kirmit tayfalarının düşüncələrinə uyğun gəlir”.

Professor Şah İsmayıl tərəfindən sünnilərin qətlə yetirilməsi haqda deyilənlərlə də razılaşmayıb: “Osmanlı dövləti sünni məzhəbi üzərində qurulmuşdu. Sultan isə eyni zamanda İslam xəlifəsi olduğuna görə, bu coğrafiyada güclü dövlətə çevrilmək üçün ayrı ideologiya üzərində qurulmalı idi. Səfəvilər Osmanlı İmperiyasının üstün tutduğu dini dəyərlər üzərində dövlət qura bilməzdi. Səfəvilərin bilavasitə peyğəmbərin nəvələrinə qohumluq əlaqələrinin çıxarılması dövlətin dayaqlarının imamətə söykənməsinə hesablanmışdı. Osmanlı sultanlığı Peyğəmbərə söykənirdisə Səvəfi dövləti Peyğəmbərin nəvələrinə söykənirdi. Belə olmasa idi Səfəvi dövləti öz varlığını qoruya bilməzdi”.

C.Həsənli Xətainin türkçülük ideyasını məhv etməkdə ittiham edilməsini qəbul etmədiyini dilə gətirib. O bildirib ki, türkçülük ideya istiqaməti kimi XX əsrin əvvəllərində yaranıb. “Şah İsmayıl Xətai anasından öyrəndiyi dillə ünsiyyət aparırdı. O dövlətin adı Dövlət-i Aliyeyi Səfəviyyə idi. Dövlətin maraqları Xətai üçün hər şeydən önəmli idi. Sadəcə olaraq orduda və sarayda xidmət edənlərin əksəriyyəti türk mənşəli idi. Bu türkçülük deyil. Türkçülük XX əsrin əvvəllərində meydana çıxan ideya istiqamətidir”.

C. Həsənli SSRİ-nin məqsədli şəkildə Səfəvi dövləti və Şah İsmayıl Xətaini qabartmasını araşdırmaçının SSRİ ideologiyasına bələd olmamağından irəli gəldiyini bildirib: “1958-ci ildə ilk dəfə olaraq Azərbaycan orta məktəbləri üçün tarix dərslikləri hazırlananda Şah İsmayıl Xətai də daxil olmaqla Azərbaycanda bir vaxtlar hökmranlıq etmiş şəxsləri çox geniş təqdim etdiklərinə görə, Moskva bu dərsliyi çox kəskin tənqin etmişdi. Tənqiddə qeyd olunurdu ki, bu dərslik daha çox şahların və padışahların tarixidir. Əzilən və istismar olunanların tarixi deyil. Burada Xətai və digər Azərbaycan hökmdarları müəlluflər tərəfindən vəsf edilmişdi. İstismar olunan siniflər mübarizəsi dərslikdə arxa plana keçirilmişdi”.

Ülviyyə Cövdətqızı

 







8 Oktyabr, 2014  08:30 Baxılıb: 1476 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner