Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vyanada Azərbaycan musiqisi səsləndirildi

Vyananın “Konzerthaus” mədəniyyət evinin “Motsart zalı”nda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı təşkil olunub. Simsar.azın xəbərinə görə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən musiqi axşamında Avstriya parlamentinin deputatları, dövlət və hökumət üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, musiqisevərlər iştirak ediblər.

Konsertdə məşhur violençel ifaçısı və dirijor Dmitri Yablonskinin dirijorluğu ilə Avstriyanın tanınmış Vyana Kamera Orkestri və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış ediblər. Azərbaycan bəstəkarları Qara Qarayev, Vaqif Mustafazadə və Fikrət Əmirovun simfoniya və orkestr üçün konsert əsərləri avstriyalı musiqisevərlər tərəfindən sürəkli alqışla qarşılanıb. Tamaşaçıların təkidli istəyini nəzərə alaraq Fərhad Bədəlbəyli öz bəstəsi olan “Dəniz” kompozisiyasını və bəstəkar Tofiq Quliyevin “Qaytağı” əsərini ifa edib.

Bununla da Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda səslənən Azərbaycan musiqisi növbəti dəfə klassik musiqinin paytaxtı sayılan Vyana şəhərində musiqisevərlərin qəlbini fəth edib.







8 Oktyabr, 2014  08:34 Baxılıb: 978 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner