Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva: ...dualarınızı əksik etməyin!

Bayram qardaş üçün dualarınızı əksik etməyin!

Bir az əvvəl Tovuz rayonunun Ermənistanla həmsərhəd Əsrik Cırdaxan kəndindən olan qardaşımız, heyvan otararkən ehtiyatsızlıq üzündən minalanmış ərazidə ehtiyatsızlığa yol verdiyi üçün sağ ayağından ciddi xəsarət alan Bayram Süleymanovla danışdım. Çox şükür, ilk öncə hərbiçilərimizin, sonra isə həkimlərimizin ciddi köməyi nəticəsində ağır xəsarət almasına, çoxlu qan itirməsinə baxmayaraq Bayram qardaşımızın həyatını xilas etmək mümkün olub. Tovuz Rayon Mərkəzi xəstəxanasında təcili əməliyyat olunaraq sağ ayağın travmatik amputasiyası olunub. Amma çox şükr ki, baldırdan aşağı, üçdə birindən ambutasiya ilə Bayram qardaşımızı xilas edə biliblər. Eyni zamanda bədəninin bir neçə yerindən müxtəlif ölçülü qəlpə yaralarının sağalması istiqamətində də təcili müalicələrə başlanılıb. Ağır travmatik şok yaşayan, xeyli qan itirən Bayram qardaşa kömək üçün,onu xilas etmək üçün həkimlərimiz əllərindən gələn köməyi ediblər və onlara xüsusi təşəkkür edirəm. Rayonun baş həkimi ilə tez-tez əlaqə saxlayırdıq, həkimlərlə danışırdıq və Bayram qardaşın sağalması üçün hər şeyi etdiklərini deyirdilər. Çox şükr, bir az əvvəl Bayram qardaşın özü ilə danışdım. Allahın, həkimlərimizin və sizin dualarınızla özünə gəlib, vəziyyəti orta ağırdır amma getdkcə yaxşılığa doğru gedir. İnşallah Allahın və həkimlərimizin dəstəyi,sizin dualarınızla vəziyyəti daha da yaxşılığa doğru gedəcək. Allaha çox şükr edirik. Çünki daha dəhşətli faciələr yaşaya bilər və həyatını da itirə bilərdi. Çox şükr. Söhbətimiz zamanı keçmiş olsun diləklərimizi çatdıqdıq və tezliklə sağalmasını dilədik. Bayram qardaşa hadisə zamanı təcili kömək edən həbiçilərimizə də təşəkkür edirəm. Dualarınızı Bayram qardaşdan əksik etməyin! İnşallah Bayram qardaş qısa zamanda sağalıb yenidən ailəsinin,əzizlərinə yanına qayıdacaq. Ona bir daha belə acılar yaşamamasını diləyirəm.






7 Oktyabr, 2014  20:15 Baxılıb: 1073 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner