Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İradə Cavadovanın təşkilatına QADAĞA

2001-ci ildən fəaliyyət göstərən "İnsan Hüquqları üzrə Maarifləndirmə" İctimai Birliyi fəaliyyətini dayandırıb. Bu  barədə birliyin sədri İradə Cavadova Meydan TV-yə bildirib.

Onun sözlərinə görə, ATƏT-lə layihələri 2012-ci ilin dekarında bitmişdi: “Bilirsiniz ki, bu gedişatda müəyyən problemlər olmuşdu, ATƏT-in Bakı ofisi dəyişdirilmiş, büdcəsi də azaldılmışdı. Ondan sonra fəaliyyətimizi davam etdirmək üçün bir neçə beynəlxalq donora müraciət etdik. Bununla əlaqədar Amerika səfirliyinin qrant müsabiqəsinə müraciət etdik və qalib olduq. Müqavilə imzalanandan sonra qrantın qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət göndərdik. Təəssüf ki, nazirlikdə bu məsələlərə cavabdeh icraçıyla danışığa çox cəhd göstərdik, amma heç bir məlumat verə bilməyəcəklərini bildirdilər. Çox qəribə üsuldan istifadə etdilər. Məsələ ondadır ki, layihəmiz 15 sentyabrdan başlamalıydı. Yalnız sentyabrın sonunda qrantın qeydiyyata alınmadığı haqqında cavab aldıq. Cavab məktubunda yazılıb: “Müvafiq qanunvericiliyin 1.2 maddəsinə görə, qrant maliyyə vəsaiti şəklində və başqa formada verilir. Qrant təmannasız verilir və onun əvəzi başqa bir şəkildə geri istənilə bilməz. Lakin həmin qanunun tələbinə zidd olaraq təqdim edilmiş qrant müqavilələrində maliyyə vəsaitlərinin geri qaytarılması mümkün olduğu göstərilmişdir. Çatışmazlığın aradan qaldırılması zəruridir”. Məgər, ABŞ səfirliyinə müqaviləni mənim şərtim əsasında hazırlamağı deyə bilərəm? Bizim mövzumuz məcburi köçürmələrlə, vətəndaşlara hüquqi yardımın göstərilməsiylə bağlıydı. Təbii ki, layihə düzgün yerinə yetirilməyəndə vəsait geri qaytarılır və bu, müqavilədə göstərilir. Mən vəsaiti mənimsəyə bilmərəm”.

İradə Cavadova nazirliyin cavabını şablon adlandırıb: “Bugünə kimi vətəndaş cəmiyyətində çalışan həmkarlarımıza oxşar cavablar verilir, yəni imtina edirlər. Ona görə söhbət bütünlüklə vətəndaş cəmiyyətinə olan münasibətdən getməlidir. Bir çox QHT-lərə bu cür cavablar verib qrantı qeydə almırlar. Amma bəzi həmkarlarımızın eyni müqavilələrini qeydə alırlar. Bu səbəbdən artıq təşkilatın fəaliyyətini dayandırdıq. 10-cu aydır işçi saxlamaq problemə çevrilib, işçilər könüllü gəlib gedirdi. Bu baxımdan işləməyin mümkünsüzlüyünü görüb fəaliyyətimizi dayandırmağa məcbur olduq”.

 






7 Oktyabr, 2014  15:46 Baxılıb: 890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner