Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qubad İbadoğlu nöqsanlarla bağlı arayış hazırladı - ÖZƏL

“Müsavat Partiyasının yeni strukturunun qurulması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketini müzakirə etmişik. Həmin təkliflərin partiya Məclisində müzakirəyə çıxarılması üçün səy göstəririk”.

Bunu Simsar.az-a Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu gələcək planlardan danışarkən deyib.

O bildirib ki, Müsavat Məclisində aparılacaq bütün müzakirələrdə iştirak etmək niyyətindədir: “Təkliflər paketinin reallaşdırılmasına töhfəmizi verəcəyik. Müsavat Pariyasında seçki prosesi zamanı nöqsanlar qeydə alınıb. Bu cür halların mövcud olması bizi narazı salır. Məhz buna görə də biz razı qalmadığımız məqamları araşdırmışıq. Araşdırmanın yekunu olaraq arayış hazırlamışıq. Açıq qalmış məsələlərin araşdırılması və təhlil olunması üçün arayışı oktyabrın 10-da partiyaya təqdim edəcəyik. Seçkidə qeydə alınan qanun pozuntularına nə zaman adevkat cavab veriləcək günü gözələyəcəyik. Arayışın araşdırılmasına və onun əsasında qərarların qəbul edilməsinə əsasən növbəti addımlarımızı planlaşdıracağıq. Təbii ki, təkliflərin reallşadırılması məsələsini də diqqətdə saxlayacağıq”.

Q. İbadoğlunun sözlərinə görə, partiyanın nizamnamə əsasında fəaliyyət göstərməsi üçün təşəbbüs irəli sürüləcək: “Qanun pozuntuları olarsa, buna qarşı çıxış edəcəyik və partiyanın nizamnamə əsasında idarə olunması üçün səy göstərəcəyik”

Hüseyn İbadlı







7 Oktyabr, 2014  13:58 Baxılıb: 750 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner