Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva TÜRKSOY-un “Koroğlu” sərgisinin açılışında

Marka Şəhər Bolu və 2-ci Uluslararası Koroğlu Festivalı etkinlikləri çərçivəsində TÜRKSOY tərəfindan ‘Koroğlu’ mövzulu bir sərgi açılıb. Necip Fazıl Kültür Mərkəzində açılan sərgidə Türk dünyasındakı Koroğlu ilə ilgili kitablar, materiallar və rəsimlər sərgilənib. Sərginin açılışını Bolu Bələdiyyə Başqanı Alaaddin Yılmaz, Millət vəkili Qənirə Paşayeva, Türkmənistan Büyükelçisi Ata Serdarov, Bolu Bələdiyyə Başqan Yardımcısı Emine Davarcıoğlu, tanınmış sənətçi Jale Parıltı Şeker, Bolu Bələdiyyəsi Kültür ve Sosyal İşlər Müdürü Güler Mert ve TÜRKSOY İdari İşler Daire Başqanı Sancar Mülazımoğlu gerçəkləşdirib. Açılış lentinin kəsilməsindən sonra sərgi iştirakçıları Türk Dünyasındakı Koroğlu ilə ilgili kitablar, materiallar və rəsimlərlə yaxından tanış olub, sərgini gəziblər. Millət vəkili Qənirə Paşayeva Azərbaycandan sərgilənən materiallarla bağlı geniş məlumat verib və Azərbaycanda Koroğluya hər zaman böyük diqqət göstərildiyini, xalqın “Koroğlu” dastanını yaxşı bildiyini, “Koroğlu” filmi, bütün Türk dünyasında ilk “Koroğlu” operasını məhz Azərbaycanda böyük bəstəkar Üzeyr Hacıbəyli tərəfindən yazılması, bu istiqamətdə həyata keçirilən işlər, araşdırmalar barədə məlumat verib. Millət vəkili sərginin təşkilatçılarına və iştirakçılarına rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi ilə bağlı kitablar, materiallar, albomlar və sənədli filmlər də hədiyyə edib.

Simsar.az







7 Oktyabr, 2014  13:22 Baxılıb: 909 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner