Çeçenistanın paytaxtı Qroznıda Rusiya prezidenti Vladimir Putinin doğum günü münasibətilə bayram yürüş-mitinqi keçirilib.
Simsar.az “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Putinin 62 yaşının tamam olması ilə bağlı 100 minə yaxın çeçen paytaxt Qroznının küçələrində bayram əhval-ruhiyyəsi yaradıblar.
Yürüşün qarşısında Çeçenistan prezidenti Ramzan Kadırov gedib.
Hazırda keçmiş prezident Əhməd Kadırovun adını daşıyan meydanda mitinq keçirilir.
Simsar.az