Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“İŞİD”lə mübarizəyə nə qədər pul xərclənir - ABŞ

ABŞ İraqda və Suriyada fəaliyyət göstərən terrorçu qruplara və “İslam Dövləti” ilə mübarizəyə bu vaxta qədər 1,1 milyard dollar pul xərclədiyini açıqlayıb. Simsar.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.

Məlumata əsasən bu vaxta qədər hər iki ölkədə terrorçu qrupların hədəflərinə İraqda ümumilikdə 266, Suriyada isə, 95 zərbə endirilib.

Hava zərbələrinin endirilməsi ABŞ hökumətinə 62 milyon dollara başa gəlib.

Qeyd edək ki, "İslam Dövləti " (əvvəllər "İraq və Şam İslam Dövləti") 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə “Əl-Qaidə” terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islam qruplaşması daxil idi.

Suriyada silahlı müxalifətlə hökumət qoşunları arasında hərbi toqquşmalar başladıqdan sonra terror təşkilatı 2013-cü ildə Suriyaya soxulub. Bundan sonra "İslam Dövləti" təşkilatı “Əl-Qaidə”nin andını qəbul etməkdən imtina etdiyini və bütün qruplaşmalara, eləcə də hökumət qoşunlarına “cihad” elan etdiyini bəyan edib.

"İslam Dövləti"nin Suriyada mövqelərinin möhkəmlənməsi onun İraqa qayıda bilməsinə gətirib çıxarıb.

İyunun 10-da "İİslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə İŞİD yaraqlıları İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.

Bu il iyunun 25-də İraqdakı sünni qruplaşmaların "İraq və Şam İslam Dövləti" terror təşkilatının yaraqlılarına qarşı birləşdikləri barədə məlumat verilir. Həmçinin yaraqlılara qarşı 2007-ci ildə İraqda “Əl-Qaidə”yə qarşı fəal mübarizə aparan "1920-ci il İnqilabçıları briqadası" da silahlanıb. Həmçinin İraq İslam Milli Müqavimətinin, İraq İslam Ordusu, Mücahidlərin Sünni Ordusunun fəalları da silahlanmağa başlayıb.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "islam xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Oktyabrın 6-da Suriyanın Kobani şəhərinin “İslam Dövlətinin” nəzarətinə keçməsi ilə Türkiyə - Suriya sərhədinin böyük bir qisminə terrorçuların nəzarət etdiyi bildirilir.






7 Oktyabr, 2014  11:45 Baxılıb: 749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner