Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Tovuz sakini minaya düşdü – VİDEO

Tovuzda Əsrik Cırdaxan kənd sakini Bayram Süleymanov minaya düşüb.

Simsar.az-ın Türkel tv-yə istinadən verdiyi məlumata görə, Tovuz rayonunun Əsrik Cırdaxan kəndinin sakini 59 yaşlı Bayram Süleymanov piyada əleyhinə minaya düşüb. Hadisə zərərçəkən heyvan otararkən baş verib. Minalanmış ərazidə ehtiyatsızlığa yol verən 59 yaşlı kənd sakini partlayış nəticəsində sağ ayağından ciddi xəsarət alıb. Hərbçilərin müdaxiləsi nəticəsində Bayram Süleymanovun həyatını xilas etmək mümkün olub. O, dərhal Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkim Kəmaləddin Abbasov bildirib ki, B. Süleymanovun sağ ayağı travmatik amputasiyası olunub: “Baldırdan aşağı, üçdə birindən. Eyni zamanda bədəninin bir neçə yerindən müxtəlif ölçülü qəlpə yaraları almışdı. Xəstə ağır travmatik şoktadır. Xeyli qan itirib. Yardım göstərilib. Yaralı xəstəxanaya gətirilərkən böyük miqdarda qan itirdiyinə görə dərhal qanvermə aksiyası təşkil olunub. Hərbçilərin və xəstənin yaxınlarının qan verməsindən sonra Bayram Süleymanovun həyatına olan təhlükə sovuşdu. Hazırda yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur. Vəziyyəti orta ağırdır”.

Simsar.az







7 Oktyabr, 2014  11:20 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner