Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tiflisdə “Beynəlxalq Caspian Energy Forum – 2014” keçiriləcək

Noyabrın 14-də Tbilisidə ikinci “Beynəlxalq Caspian Energy Forum – 2014” (www.caspianenergyforum.com) keçiriləcək. Simsar.az xəbər verir ki, Gürcüstanın iri banklarından olan “PAŞA Bank Georgia” və “Cross Caspian Oil & Gas Logistics LLC” forumun qızıl sponsoru qismində çıxış edirlər.

“PAŞA Bank Georgia” direktorlar şurasının sədri Şahin Məmmədov bildirib ki, “Beynəlxalq Caspian Energy Forum – 2014” Gürcüstan iqtisadiyyatının müxtəlif istiqamətlərinin müzakirə platformasına çevrilməklə yanaşı, həm də yeni investisiyaların cəlb olunmasına və Xəzər-Qara dəniz regionu ölkələrinin maliyyə sektorunun inteqrasiyasına yol açacaq”.

“Əsrin müqaviləsi”nin 20 illik yubileyi şərəfinə təşkil olunacaq forum çərçivəsində Xəzəryanı ölkələrin neft strategiyasını təmsil edən “Caspian Energy” jurnalının da 15 illik yubileyi qeyd ediləcək.

Forumun “Caspian European Club”un (CEIBC) ümumi iclası formatında  hər il keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Gürcüstanın, həmçinin Xəzər- Qara dəniz və Aralıq dənizi regionları ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, komitə və müəssisələrinin rəhbərləri, Gürcüstanda fəaliyyət göstərən diplomatik və beynəlxalq missiyalarının nümayəndələri, eləcə də iri beynəlxalq şirkətlərin təmsilçiləri iştirak edəcəklər.

 







7 Oktyabr, 2014  11:01 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner