Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Brazilyada kloun ikinci dəfə millət vəkili seçildi – FOTO

İlk dəfə 2010-cu ildə seçkilərə qatılan kloun Tiririka bir milyon səs çoxluğu ilə ikinci dəfə deputat seçilib.

Simsar.az xarici mətbuta istinadən xəbər verir ki, Brazilyada “Bundan pisi ola bilməz” şüarı altında seçkilərə qatılan 49 yaşlı kloun Tiririka, ikinci dəfə millət vəkil seçilib. “Tiririka” təxəllüsündən istifadə edən Françisko Yeverardo Oliveria Silva, topladığı 1 milyon səslə seçkilərdə ən çox səs toplayan ikinci millət vəkili olub. Məclisdə 4 ildir millət vəkili olmasına rəğmən heç vaxt kürsüyə çıxmayan Tiririka, buna baxmayaraq populyarlığını itirməyib. Tiririka ilk dəfə 2010- cu ildə namizədliyini irəli sürmüş və o dövrdə “Millət vəkilləri nə edir, bilirsinizmi? Mən bilmirəm. Mənə səs verin gedib araşdırım” şüarlı seçki kampaniyası ilə qazanmışdı. Kloun deputat, oxuyub, yazmağı da ancaq millət vəkili seçildikdən sonra öyrənib. Ölkədə anarxistlər, Silvanın ikinci dəfə millət vəkili seçilməsini, seçkilərdə saxtakarlıqla qalmaqallarla gündəmə gələn millət vəkillərinə reaksiyası kimi şərh ediblər. Silvanın Brazilya siyasətində yer almasıyla yanaşı “Hamburger sifət”, “Barak Obama”, “Usame Billaden”, “İsa Məsih”, “Brazilyalı 007” kimi adlarla siyahılarda yer alan deputatlığa namizədlər də ortaya çıxıb.

Günel






7 Oktyabr, 2014  10:44 Baxılıb: 777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner