Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakı Beynəlxalq İdman Filmləri festivalına ev sahibliyi edəcək

Noyabrın 17-dən 22-dək Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə ikinci Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, festivalın məqsədi bütün idman növlərinə həsr olunan, idmanın inkişafına təkan verə biləcək filmləri təbliğ etmək və ən yaxşı film müəlliflərini həvəsləndirməkdir.

Festival 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ərəfəsində ölkəmizin idman potensialına diqqəti cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivala təqdim olunan filmlər kinematoqrafçılar və idman ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Münsiflər heyəti hər 5 kateqoriya üzrə üç film müəyyən edəcək. Qaliblərə diplom, xatirə hədiyyəsi və pul mükafatları təqdim olunacaq. Festivalın ən yaxşı filmi isə “Qran-pri”yə layiq görüləcək.

Festival çərçivəsində seminarlar, film müəllifləri ilə idman mütəxəssisləri və KİV təmsilçiləri arasında müzakirələr keçirəcəkdir.

Filmləri festivalın www.bisff.az saytı vasitəsilə təqdim etmək olar.

Bakı Beynəlxalq idman filmləri festivalı mənzil qərargahı Milan şəhərində yerləşən İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) üzvüdür.

Festivalla bağlı daha ətraflı məlumatı www.bisff.az veb-saytından əldə etmək mümükündür.

Günel






7 Oktyabr, 2014  09:48 Baxılıb: 803 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner