Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputat beynəlxalq festivalda Qarabağla bağlı çağırış etdi

Türkiyənin Bolu şəhərində 2-ci Beynəlxalq Koroğlu festivalı keçirilib. Festivalda Türkiyənin dövlət rəsmiləri və millət vəkilləri,  Bolu bələdiyyə başçısı Ələddin Yılmaz, Bolu valisi, Azərbaycanın millət vəkili Qənirə Paşayeva, bir sıra Türk dövlətlərinin səfirləri, ziyalıları, alimləri, sənətçiləri  iştirak  ediblər. Koroğlunun adını daşıyan festivalın təşkil olunmasında məqsəd türk dünyasının birliyi və bərabərliyini daha da gücləndirmək, qəhrəman Koroğlunun dünyaya daha geniş tanıdılmasıdır. Festivala Türkiyənin Mehtər musiqi qrupunun çıxışı ilə start verilib. Bolu Bələdiyyə  başçısı Ələddin Yılmaz Koroğlu kimliyi, bu cür festivalların önəmi barədə geniş məlumat verib. Bir müddət əvvəl Azərbaycanda səfərdə olduğunu və Azərbaycanda Koroğluya verilən dəyəri yüksək qiymətləndirən Alaəddin  Yılmaz Koroğlu heykəli, operası, filmi ilə bərabər onu adını daşıyan küçə, parkların olmasını, bu istiqamətdə araşdırmaları yüksək qiymətləndirib. O, deyib ki, Koroğlu Türk Dünyasını birləşdirən bir dəyərdir və biz onun dünyaya daha çox tanıdılmasına nail olmalıyıq və gənc nəsillərimizə də tariximizi, dastanlarımızı, folklorumuzu daha geniş öyrətməliyik.  Türkiyə təhsil nazirinin müavini, Bolu millət vəkilləri, Bolu valisi də çıxış edərək ortaq dəyərimiz olan Koroğlunun Bolu ilə bütünləşdiyini bu işin davamında daha böyük uğurların olacağını deyiblər.

Festivalın açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva Türk xalqlarının birliyi məsələsinə toxunaraq  Koroğlunu bütün türk dünyasını birləşdirən böyük dəyər adlandırıb. “Azərbaycanın və eləcə də türk dünyasının hər yerində Koroğlunun izinə rast gəlinir. Koroğlu əgər türk dünyasının hər yerində varsa bu, bizim birliyimizin göstəricisidir”. Azərbaycanın bu məsələyə hər zaman böyük önəm verməsi və görülən işlər barədə də məlumat verən millət vəkili Qənirə Paşayeva Türk millətinin və Türk dünyasının ortaq problemi olan Dağlıq Qarabağ münaqişəsindən, münaqişə nəticəsində Azərbaycan xalqının yaşadığı faciələrdən də danışıb. “Mən türk dünyasında həmişə barışın olmasını, göz yaşının olmamasını arzu edirəm. Çünki 20% torpağı hələ də Ermənistanın işğal altında olan Azərbaycan ağrılı günlərin nə olduğunu Dağlıq Qarabağda da daxil olmaqla bütün işğal olunmuş torpaqlarında yaşayıb. Sizin qardaşlarınızın torpaqlarının 20 faizini hələ də işğalçı Ermənistan işğal altında saxlayır  və 1 milyondan çox qardaş-bacınız uzun illərdir öz evlərinə dönə bilmirlər. Bu bizim ortaq acımızdır və olmalıdır.  Və inanırıq ki, koroğlular bu gün də var, sabah da olacaq. Dağlıq Qarabağdan və digər işğal olunmuş torpaqlarımızdan didərgin düşən 1 milyon qaçqın və məcburi köçkünümüzün, insanımızın yurd-yuvasına qayıtması üçün o koroğlular əl-ələ verəcək və torpaqlarımızı birlik və bərabərlik içərisində işğaldan azad edəcəyik. Və biz bu cür festivalları inşallah birlikdə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda və digər gözəl torpaqlarımızda da keçirəcəyik”.

Çıxışlardan sonra Bolu bələdiyyə başçısı Alaəddin Yılmaz, xanımı, millət vəkili Qənirə Paşayeva və Türk kinosunun sultanı Türkan Şoray birlikdə “Koroğlu” abidəsi qarşısındakı məşəli alovlandırıblar və lent kəsiblər. Sonra  dövlət rəsmiləri və festival iştirakçıları orkestrin müşayiəti ilə Atatürk abidəsinə doğru yürüş ediblər, əklil qoyulub və İstiqlal marşı olunub.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan kimi türk dünyasının müxtəlif ölkə və topluluqlarından Boluya dəvət olunmuş milli folklor qruplarının rəngarəng rəqsləri, musiqi qruplarının ifaları  ilə festival davam edib. Azərbaycandan getmiş musiqiçilər də festivalda geniş iştirak ediblər və çıxışları maraqla və alqışlarla qarşılanıb. Bolu mərkəzi meydanında milli sərgilər nümayiş olunmaqla yanaşı Koroğlu filmlәrindәn parçalar göstərilib, türk dövlətlərinin rəqsləri, mahnıları nümayiş etdirilib

Simsar.az







7 Oktyabr, 2014  09:34 Baxılıb: 665 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner