Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Minlərlə insan ölümlə qol-qola

Qərbi Afrikada yayılmasının qarşısı alınmayan ebola epidemiyası Sierra Leonedə dünən 121 can aldı.

Simar. Az xarici mətbuata istinadən xəbər verir ki, Qitə daxilində qızdırma və sətəlcəm kimi xəstəliklər də artıb. Sierra Leone, Qana və Liberyanı ağzına alan, ciddi iqtisadi və sosial problemlərə yol açan ebola epidemiyası, beynəlxalq yardımlara rəğəmən hələ də sürətini azaltmayıb. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara görə bu günə qədər 4 minə yaxın insanın ölümünə səbəb olan epidemiya ilə bağlı dünən Sierra Leone höküməti tərəfindən şok açıqlama verilib. Hökümət nümayəndələri dünən epidemiya nəticəsində121 nəfərin həyatını itirdiyi ölkədə, ölənlərin ümumi sayının 678-ə çatdığı  bildirilib. Bölgədəki tibb işçiləri və jurnalistlər ölkədə eboladan ölənlərin sayının açıqlanan rəqəmdən çox olduğunu iddia edirlər.

“National Geographic” a müsahibə verən Doktor  David Quammen: “Ebola ilə birlikdə tibbi xidmətlər də çökdü. Epidemiya səbəbindən qızdırma və sətəlcəm kimi xəstəliklər nəticəsində ölənlərin sayı artıb” deyib.

24 oktyabr təlaşı

Böhran təkcə Qərbi Afrikada deyil, epidemiyanın yayıldığı ölkələrə səyahət təşkil edilən coğrafiyalar üçün də təlaş yaradır. İngiltərə Lancaster Universitetinin araşdırmasına görə 24 oktyabra qədər ebolanın Fransaya keçmə ehtimalı 75%,  İngiltərədə isə bu ehtimal 50 %-dir. Bu arada qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı, virusun yoluxma yolları haqqında da açıqlama verib. Ebola virsusu bədən suyu, qan, nəcis və qusma vasitəsiylə, yaxın və fiziki təmas halında olduqda asanlıqla  yoluxur.

ABŞ-ı qorxudan ev

Ebola ilə mübarizə aparmaq üçün Liberyaya gedən və ABŞ-a qayıdan zaman virusa yoluxduğunu öyrənən Erik Dunkanın evi dünən gün boyu xüsusi qrup tərəfindən dezinfeksiya edilib. Mülaciəsi davam edən Dunkanın vəziyyətinin gərgin, lakin stabil olduğu bildirilib. Dunkan Texasa gəzdiyi günlərdə onun xəstə olduğunu anlamadan təmas quran insanlarda virusa yoluxma faktı qeydə alınmayıb. Digər tərəfdən Liberyanın NBC kanalında muxbir işləyən amerikalı fotomuxbir Aşoka Mukpo ebolaya yoluxduqan sonra ABŞ-a gətirilib. Mukpo ebolaya yoluxan 5-ci amerikalıdır

Günel







7 Oktyabr, 2014  09:32 Baxılıb: 873 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner