Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Vulkan püskürməsi zamanı itgin düşənlərin axtarışı bərpa edildi

Yaponiyada xilasedicilər 10 gün əvvəl Ontake dağında baş vermiş vulkan püskürməsi zamanı itkin düşmüş 12 nəfərin axtarışlarını bərpa ediblər.

Simsar.az xəbər verir ki, sentyabrın 27-də baş vermiş vulkan püskürməsi nəticəsində 51 nəfər həlak olub. Bu, İkinci Dünya müharibəsindən sonra Yaponiyada baş vermiş vulkan nəticəsində ən böyük insan tələfatıdır. Vulkanoloqların rəyinə görə, tələfata əsas səbəb vulkanın püskürdüyü daşların böyük sürətlə (saatda 300 kilometr) düşməsi olub. Həlak olanların əksəriyyəti məhz bu daşların düşdüyü vaxt aldıqları yaralardan dünyalarını dəyişiblər. Hələ də itkin düşmüş 12 nəfərin axtarışları davam edir. Təqribən yetmiş nəfərin isə müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

İstirahət günlərində hava şəraitinin pisləşməsi, “Fanfon” qasırğasının yaratdığı güclü külək və leysan yağışlar xilasedicilərə dağa qaxmağa imkan verməyib.

Mindən artıq xilasedicinin qatıldığı axtarış əməliyyatı oktyabrın 7-də daha böyük ərazini əhatə edib.







7 Oktyabr, 2014  08:41 Baxılıb: 734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner