Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva türk gəncliyinə səslənib

Türkiyənin  Bolu bölgəsinin Abant İzzət Baysal Universitetində V Beynəlxalq Koroğlu Simpoziumu keçirilib.

Simsar.az -ın məlumatına görə, tədbirdə türk dünyasının müxtəlif olkələrinin rəsmiləri, millət vəkilləri, ziyalıları, alimləri və sənət adamları iştirak edib. Tədbirdə çıxış edən universitetin rektoru Prof. Dr. Hayri Coşkun  simpoziumun məqsədi barədə məlumat verib. Bolunun Vali Yardımcısı Ömer Eru isə tədbirin böyuk əhəmiyyətindən danışıb. Simpoziumda çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva bütün Türk dünyasında  Koroğluya  sahiblənmənin önəmindən bəhs edib. Bu cür sahiblənməni ortaq dəyərlərimizə, tariximizə sahiblənmə olaraq görən Q. Paşayeva bununla gəncliyin və gənclərin daha sağlam addımlarla irəliləməsinin təmin ediləcəyini bildirib. Azərbaycandan alimlərdən, ziyalılardan və sənətçilərdən ibarət böyük bir heyətin gəldiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu mövzuya hər zaman böyük önəm verdiyini və bu sahədə görülən işlərdən danışıb.  “Azərbaycan diyarından,  Koroğlunun  Nigarından sizə salam, sevgi gətirmişəm. Bu gözəl festival bütün Türk dünyası üçün xeyirli uğurlu olsun. Ikinci dəfə belə bir simpoziumun açılışında çıxış etməkdən və fikirlərimizi bölüşməkdən məmunam. Çünki Azərbaycan türkləri üçün Koroğlu dastanı hər zaman önəmli olub.”. “Koroğlu” qəhrəmanlığının Azərbaycan və azərbaycanlılar üçün önəmi məsələsinə toxunan Qənirə Paşayeva bütün Şərqdə və türk dünyasında ilk  “Koroğlu” operasının məhz Azərbaycanda yazıldığını söyləyib. “Koroğlu haqqında ilk və tək opera Üzeyir Hacıbəyovun yazdığı “Koroğlu” operasıdır ki, bu gün dünyanın hər yerində çox böyük sevgi ilə izlənilir. Gələcəkdə həmin operanın belə bir zalda qoyulmasını istərdim.” Millət vəkili ortaq dəyərlərimizdən olan istər Dədə Qorqud, istərsə də Koroğluya türk dünyasında “biz” olaraq sahiblənmənin daha önəmli olduğunu deyib. “Koroğlu bizim ən böyük ortaq dəyərlərimizdən biridir. Dədələrimizə məxsus abidələrin harda olduğu önəmli deyil, əsas olan onlara sahib olmaqdır. “Mənim” “sənin” yox, “bizim” anlayışımızla sahiblənməliyik. Azərbaycanda Koroğlunun heykəli var. Boluda da Koroğlunun heykəlinin qoyulması sevindiricidir. Onların sayı Türk dünyasının müxtəlif bölgələrində nə qədər çox olsa o qədər yaxşıdır” Millət vəkili Türk dövlətlərinin birlikdə Koroğlu ilə bağlı beynəlxalq səviyyəli bir film çəkməsinin vacibliyindən də danışıb və Türk dövlətləri mədəniyyət nazirlərinə cağırış edib. O, bildirib ki, Azərbaycanda və Türkiyədə uzun illər əvvəl Koroğlu ilə bağlı film çəkilib amma artıq dünyada nümayiş oluna biləcək səviyyədə bir Koroğlu filminin çəkilməsinə ehtiyac var.    Bolu bələdiyyəsinin Koroğlu irsi ilə bağlı UNESCO ilə əməkdaşlığa başlamasına  toxunan millət vəkili Qənirə Paşayeva Azərbaycanın Birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu istiqamətdəki böyük fəaliyyətindən danışıb. “Türk-müsəlman dünyasında yeganə xanımdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir.  Onun apardığı işlər nəticəsində “Novruz bayramı”, “Muğam musiqisi”, “aşıq musiqisi”  bizim bayramımız  və musiqimiz  kimi UNESCO-nun qeyri müəyyən irsi sırasına daxil olub ki, bu böyük bir uğurdur və hamımız üçün çox önəmlidir. ”.

Çıxışının sonunda Türkdilli dövlətlərin ortaq tarix və ədəbiyyatının hazırlanaraq təhsil müəssisələrində tədrisinin vacibliyindən danışıb:  “Koroğlu kimi dastanlar bu millətin ruhudur. Dastanda millətimizin qəhrəmanlığını, insanımızın əxlaq anlayılşını, mədəniyyətini görmək mümkündür. Koroğlu bir qəhrəmanın necə olmasını göstərir. Bütün coğrafiyamızda onun qəhrəmanlığı öyrənilməlidir. İlk öncə öz gənclərimiz daha yaxından öyrənməlidir və öyrətməliyik sonra da başqalarına anlatmalıdırlar.”

 

Simpoziumda çıxış edən bələdiyyə başçısı müavini Emine Davarçıklıoğlu Koroğlunu Bolunun simasına çevrildiyini bildirib:”Bu həm Bolunun, həm də Koroğlunun təbliğidir. Koroğlu tam bir qəhrəmanlıq nümunəsidir. Necə ki, Robin Qood dünyada məşhurdur. Koroğlunun da bu cür tanınmasına nail olmalıyıq”. Ortaq dəyərlərimizdən bəhs edərkən o, Novruz bayramının Boluda da təntənəli şəkildə keçirildiyini  də deyib

 

Aşılış çıxışlarından sonra simpozium ayrı-ayrı panellərdə alimlərin çıxışları ilə davam edib. Qeyd edək ki, artıq beşinci dəfədir təşkil olunan Beynəlxalq simpozum  ilk dəfə 1987-ci ildə keçirilib. Simpoziumun sonunda millət vəkili Qənirə Paşayeva Bolu Universitetinin rektoruna, Universitetin kitabxanasına və Vali Yardımçısına Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, Qarabağ və Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanmış sənədli filmləri hədiyyə edib.






6 Oktyabr, 2014  15:18 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner