Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda sərxoş polis polkovniki cəzalandırıldı

Keçmiş polis rəisi, polis polkovniki Məmməd Mikayılov xoşagəlməz hadisəylə üzləşib.

Simsar.az-ın aznews.az-a istinadən xəbər verir ki, o, avtomobilini idarə edərkən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq sərt cəzalanıb.

Buna səbəb polkovnikin sərxoş halda sükan arxasında əyləşməsi olub.

Keçmiş rəis əvvəlcə yol polislərinin onu saxlamasına etiraz edib, hətta onlara hədə-qorxu da gəlib. Bütün bunlara baxmayaraq, polkovnikin qayda pozuntusu protokollaşdırılıb və onun idarə etdiyi 10-RP-400 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobili cərimə meydançasına aparılıb.

Qeyd edək ki, Məmməd Mikayılov DİN orqanlarında yüksək vəzifələrdə çalışıb, Xətai, Nəsimi və Suraxanı rayonlarının polis rəisi olub.

O, yanvarın 29-da daxili işlər naziri Ramil Usubovun əmri ilə vəzifədən azad edilib.

Rəisin işdən çıxarılmasına əsas səbəb kimi küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlar göstərilir.






6 Oktyabr, 2014  10:06 Baxılıb: 991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner