Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Doğuş zamanı faciə

Bakıda doğuş zamanı daha bir uşaq ölümü qeydə alınıb.

Misirova Əfsanə Salman qızı bu gün səhər saatlarında təxminən 8 radələrində xəstəxanaya yerləşdirilib.

Bu barədə ANS PRESS-ə Ə.Misirovanın atası Salman Eminov xəbər verib.

Onun sözlərinə görə, ana ilk növbədə evə çağırılan təcili tibbi yardım vasitəsilə Nizami rayonunda Çobanzadə küçəsində yerləşən 7 saylı xəstəxanaya aparılıb. Lakin xəstəxanada 25 yaşlı Ə.Misirovanı qəbul etməyiblər. Belə olan təqdirdə ana Respublika Perinatal Mərkəzinə gətirilib.

Mərkəzdə qeysəriyyə əməliyyatı ilə doğuş həyata keçirilib. Lakin əməliyyatdan 3 saat sonra uşaq tələf olub. S.Eminovun sözlərinə görə, uşağın tələf olmasında günahkar həkimlərdir.

"Həkimlərdən səbəbini soruşuruq. Bizə heç bir cavab vermirlər. Uşağı heç bizə də göstərməyiblər. Neçə ildir bu uşağı gözləyirdik. Axırı belə oldu", deyə S.Eminov bildirdi.

Onun sözlərinə görə, ananın vəziyyəti hazırda normaldır.

Qeyd edək ki, bu ananın ikinci övladıdır.






5 Oktyabr, 2014  17:03 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner