Bərdədə bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza zamanı ailənin iki azyaşlı uşağı xəsarət alıb.
Hadisə rayonun Şirvanlı kəndi ərazisində baş verib. 29 yaşlı Şamil Məmmədlinin idarə etdiyi VAZ-2107 markalı avtomobil ağaca çırpılıb. İlkin ehtimala görə qəzaya yağışlı havada yüksək sürət səbəb olub.
Nəticədə, Şamil Məmmədli, həyat yoldaşı 28 yaşlı Nigar Məmmədli və uşaqları 2 yaşlı Asiman, 4 yaşlı Şəhriyar yaralanıb.
Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan aldığımız məlumata görə Şamil Məmmədovun vəziyyəti ağırdır.