Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

3 dəfə xəbərdarlıq edildi, 4 -cü dəfə güllələndi

Sərhəd pozucusu "dayan" əmrinə tabe olmayıb

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan-İran sərhədində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

DSX-in mətbuat mərkəzindən APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycanın İran İslam Respublikası ilə sərhəd olan Yardımlı rayonu ərazisində naməlum şəxs sərhədi qanunsuz keçməyə cəhd göstərib. Azərbaycan sərhədçiləri tərəfindən ona “Dayan!” əmri verilsə də, sərhəd pozucusu buna məhəl qoymayıb. Sərhədçilər ona atəş açmaq məcburiyyətində qalıblar. Nəticədə sərhəd pozucusu aldığı güllə yarasından dünyasını dəyişib.

Araşdırmalar nəticəsində sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşib. Məlum olub ki, həmin şəxs Yardımlı rayon sakini Cəfər Cəfərovdur.
DSX-dən, həmçinin bildirilib ki, C. Cəfərov bundan əvvəl də Azərbaycan-İran sərhədini qanunsuz keçmək istəyərkən 3 dəfə saxlanılıb, barəsində müvafiq tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.






11 Aprel, 2011  19:06 Baxılıb: 1222 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner