Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kurt Vütrix Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb

Oktyabr ayının 3-də IV Bakı Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində tələbələrlə görüşmüşdür.

Tədbiri açan rektor Elmar Qasımov IV Bakı Humanitar Forumunun keçirilməsinin və onun işində dünyanın nüfuzlu siyasətçilərinin və elm xadimlərinin iştirak etməsini ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirmiş, məşhur alim, 2002-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olmuş isveçrəli professor Kurt Vütrixin Bakı Ali Neft Məktəbinə təşrif buyurmasından kollektivin şərəf hissi keçirdiyini bildirmişdir. Rektor professor Kurt Vütrixin həyat yolu və elmi fəaliyyəti haqqında tələbələri məlumatlandırmış, qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, fəaliyyətinin məqsədləri və son 3 ildə əldə etdiyi nailiyyətlər haqqında danışmışdır.

Professor Kurt Vütrix Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrinin sırasında layiqli yer tutduğunu vurğulamış, Azərbaycanda və ölkənin müasir tipli ali təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini, özünün eyni zamanda Sürix Mühəndislik, Elm, Texnologiya, Riyaziyyat və Menecment Universitetində (İsveçrə) və Skripps adına Kaliforniya Elmi-tədqiqat İnstitutunda (ABŞ) çalışdığını bildirmiş, tələbələrə elmi fəaliyyətinin əsas istiqamətləri olan biologiya, biofizika, elektron paramaqnit rezonans spektroskopiyası üzrə tədqiqatlar haqqında məlumat vermiş, onların çoxsaylı suallarını cavablandırmışdır.

Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu təqdim edilmişdir.






3 Oktyabr, 2014  18:27 Baxılıb: 748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner