Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Avro-2020"nin Bakıda keçirilməsi tarixi hadisədir" - İlham Əliyev

“Gələn il birinci Avropa Oyunları, qeyri-rəsmi şəkildə desək, Avropanın Olimpiya Oyunları Bakıda keçiriləcək. Bu da çox əlamətdar hadisədir. Çünki Avropada bu günə qədər Olimpiada səviyyəsində yarışlar keçirilməyib. Burada da Azərbaycan öz namizədliyini irəli sürüb və Avropanın olimpiya ailəsi bizə böyük etimad göstərib.

2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Cəmi iki il ərzində həm Avropa, həm İslam Oyunları Azərbaycanda keçiriləcək. Bu da dediyim sözlərin təsdiqidir. Bu, bizim rolumuzdur və biz çalışırıq ki, xalqları birləşdirək".

Simsar.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Azərbaycan Respublikasının prezidenti İlahm Əliyev Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində deyib.

Dövlət başçısı Bakının "Avro-2020"nin bir neçə oyununa ev sahibliyi etmək hüququ qazanmasından da danışıb:

"Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim üçün çox önəmli və tarixi qərar qəbul edilib - futbol üzrə Avropa çempionatı 2020-ci ildə, o cümlədən Bakıda keçiriləcək. Cəmi 13 şəhər - Avropanın 13 şəhəri seçilib. Onlardan biri də Bakıdır. Yəni,  bugünkü Azərbaycan budur. Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin üzvüyük və sübut edirik ki, bu, mümkündür. Biri o birisini inkar etmir və etməməlidir. Bu gün inkişafda olan ölkəmiz göstərir ki, düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür”.

Simsar.az

 






3 Oktyabr, 2014  15:47 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner