Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Gənclərin çağırışaqədərki hazırlığı” fənni necə tədris olunmalıdır?

Təhsil Nazirliyi: ““Gənclərin çağırışaqədərki hazırlığı” fəninin öyrənilib müvafiq təkliflərin hazırlanması nəzərdə tutulub”

“Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Vətəndaşa milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir”. Bunu Simsar.az-a açıqlamasında təhsil üzrə ekspert Etibar Əliyev deyib.  Onun sözlərinə görə, orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Hərbi hazırlıq dərslərində şagirdlər təkcə silahlardan istifadə qaydalarını öyrənməməli, eyni zamanda vətənə bağlılığını artırmalı, onu müdafiə etmək borcunu öz üzərinə götürməlidir.

Ekspert bildirdi ki, sovet dönəmində ibtidai hərbi hazırlıq məsələlərinə xüsusi diqqət ayrılırdı

"Hərbi-vətənpərvərlik tərbiyəsi işi bütövlükdə təlim-tərbiyə işinin prioritet sahəsi sayılırdı. O zaman çöl toplanışları keçirilərdi, hərbi idman oyunları, TİR-lər, könüllü hərbi vətənpərvərlik idman cəmiyyətləri fəaliyyət göstərirdi və s. Ali məktəblərdə hərbi kafedralar var idi. Bu ali məktəbi bitirən tələbələr iki aylıq toplanışlara cəlb olunurdu. Ondan sonra onlara hərbi rütbələr təqdim olunurdu. Bu, çox diqqət mərkəzində olan məsələ idi. Lakin nədənsə 90-cı illərin sonlarından etibarən bu məsələlərə diqqət azalmağa başladı.

Onun sözlərinə görə, hər il təxminən 110 min nəfər şagird orta  məktəbi bitirir. Onların isə 25-30 fazi ali məktəblərə daxil olur. Ali təhsil almaq imkanından məhrum olanlara isə hərbi xidmətə cəlb olunurlar. Gənclərimizdə isə bu təcrübənin olmaması ciddi problemlər yaradır. 11- ci sinifdən başlayaraq  “Gəncləri çağırışaqədərki hazırlığı” fənninin daha intensiv tədris olunması şagirdlərin hərbi xidmət keçməsində əhəmiyyətli rol oynaya bilər.

“Mətbuatdan da eşidirik ki, hərbi hissələrdə nə qədər əsgərimiz ehtiyatsızlıqdan xəsarət alır. Bunlarda həmin vərdişlər yoxdur. Birbaşa hərbi hissəslərə gedirlər. Hərbi silahlarla necə davranmaq laızm olduğunu bilmirlər. Ona görə də belə bədbəxt hadisələr baş verir”.

Bu baxımdan şagirdlər daha çox  hərbi məşğələlərə cəlb olunmalı, silahın sökülmısi-yığılması, qumbaralarla davranış təlimləri ilə məşğul olmalıdırlar.

Təhsil Nazirliyi orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin təsdrisinin  yaxşılaşdırılması istiqamətində müəllimlər üçün təlimati seminarların təşkilini nəzərdə tutub.

Nazirlikdən Simsar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Təhsil Nazirliyi tərəfindən bu dərs ilində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi vəziyyətinin seçmə yolla öyrənilib müvafiq təkliflərin hazırlanması nəzərdə tutulub.

Həmçinin məlumatda qeyd olunub ki, fənn üzrə qabaqcıl müəllimlərin nümunə dərslərinin, müəllimlər üçün təlimati seminarların təşkili də planlaşdırılır.

Aysel Kərimova

 

 






3 Oktyabr, 2014  15:32 Baxılıb: 2861 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner