Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Yarasa” filmi Avstriyada

Avstriyanın Vyana şəhərində “LET'S CEE” Beynəlxalq film festivalı başlayıb.

Simsar.az xəbər verir ki,festivalda Qərblə keçmiş Sovet sistemi arasındakı “dəmir pərdə” aradan qalxdıqdan sonra son 25 ildə Mərkəzi və Şərqi Avropanın 25 ölkəsində çəkilmiş və dünyanın 40 tanınmış kino tənqidçisi tərəfindən seçilmiş ən yaxşı filmlər iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, 1989-cu ildən bugünədək Azərbaycanda çəkilmiş filmlər arasından rejissor Ayaz Salayevin “Yarasa” bədii filmi seçilərək festivalın “Retrospektiv-25” xüsusi layihə proqramına daxil edilib.

Bu barədə festivalın direktorları Maqdalena Zelasko və Volfqanq Şvelle Ayaz Salayevə göndərdikləri məktubda məlumat verib və onu festivalda iştiraka dəvət ediblər.

Festival oktyabrın 11-dək davam edəcək.

Qeyd edək ki, “Yarasa” filmi 1995-ci ildə istehsal olunub. Filmin ssenari müəllifləri Kamal Aslanov və Ayaz Salayev, rəssamı Şamil Nəcəfzadə, bəstəkarı Nazim Mirişlidir.

Rollarda Mariya Lipkina (Turan), Rasim Balayev (Ağabəy), Tolib Xamidov (Nuru) və başqaları çəkiliblər.

Günel







3 Oktyabr, 2014  15:13 Baxılıb: 1429 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner