Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP-dan səfirliklərə hədə

Əli Əhmədov: Müxalifətin radikal qanadının aprelin 16-na təyin etdiyi mitinqin vaxtını aprelin 17-nə dəyişdirməsi sifariş verənlərin mitinqin vaxtı ilə bağlı mövqelərindəki dəyişikliklə əlaqədardır”

“Həm martın 12-də, həm də aprelin 2-də aksiya keçirilməli olan küçələrdə ayrı-ayrı səfirliklərin çoxlu sayda nümayəndələrini müşahidə etmək olardı. Bir neçə gün əvvəl bir neçə ölkənin səfirliyinin nümayəndələrinin İctimai Palata deyilən qurumun rəhbərliyi ilə görüşməsi, onların tədbirində iştirak etməsi də ondan xəbər verir ki, mitinq cəhdlərində bulunanlar təkcə bir sıra müxalifət partiyaları deyil, eyni zamanda ayrı-ayrı ölkələrin səfirlikləri və nümayəndəlikləridir”.

Bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib. O, bildirib ki, müxalifət partiyaları bu faktı gizlətmək belə istəmir, bununla da, açıq etiraf edirlər ki, keçirdikləri hər bir tədbir Azərbaycandan kənar ayrı-ayrı qüvvələr tərəfindən istiqamətləndirilir, yəqin ki, həm də maliyyələşdirilir: “Güman edirəm ki, müxalifətin həmin radikal qanadının aprelin 16-na təyin etdiyi mitinqin vaxtının aprelin 17-nə dəyişdirilməsi də bu sifarişi verənlərin mitinqin vaxtı ilə bağlı mövqelərindəki dəyişikliklə əlaqədardır. Mitinqin vaxtının dəyişdirilməsinin cavabını yəqin ki, mitinq cəhdlərindən sonra biləcəyik. Azərbaycanda akkreditə olunmuş ayrı-ayrı dövlətlərin səfirlikləri onların mandatında nəzərdə tutulmayan işlərlə məşğul olmamalıdırlar. Mitinqlər, kütləvi aksiyalar və buna bənzər məsələlər Azərbaycan hakimiyyətinin, hökumətinin və cəmiyyətinin yalnız özünə məxsus olan hadisədir. Ayrı-ayrı dövlətlərin səfirliklərini mən kənar qüvvələr hesab edirəm. Həmin kənar qüvvələrin ölkənin daxilində mitinqlərin, kütləvi aksiyaların keçirilməsi kimi çox ciddi bir məsələyə müdaxilə etməsi tamamilə yersiz sayılır. Hesab edirəm ki, Azərbaycan xalqı bu cəhdlərdə bulunan ayrı-ayrı ölkələrin səfirliklərinin nümayəndələrindən çox kəskin şəkildə belə hərəkətlərə son qoymağı tələb etməlidir”.

Anar






11 Aprel, 2011  18:56 Baxılıb: 1190 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner