Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bayram günlərində yağış yağacaq

Qurban bayramı günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Simsar.az-a açıqlamasında bildirib ki, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Əsasən Lənkəran-Astara zonasında intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Oktyabrın 5-də isə Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-15, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 5-də arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-22, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.






3 Oktyabr, 2014  12:22 Baxılıb: 669 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner