Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Davudoğlu: “Ağlınızı başınıza yığın!”

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Suriya ilə münasibətdə Türkiyənin qəddar davranması iddialarını səsləndirənlərə sərt cavab verib.

Simsar.az xəbər verir ki, Türkiyənin minlərlə suriyalıya qapılarını açdığını xatırladan Davudoğlu ölkəsinin müharibə deyil, sülh istədiyini dilə gətirib:

“Türkiyə sülh ölkəsi olmasaydı, minlərlə suriyalını öz ağuşuna almazdı. Ağlınızı başınıza yığın. Biz müharibə deyil, sülh istəyirik”.

Türkiyə Böyük Millət Məclisinin İraq və Suriyada Türkiyə ordusunun əməliyyatlara başlaması barədə razılıq verməsini şərh edən Baş nazir bunu hazırkı vəziyyətin tələb etdiyini vurğulayıb:

“Bu gün buna ehtiyac var idi. 2007-ci ildən bəri İraqla bağlı, 2012-ci ildən bəri də Suriya ilə bağlı müzakirələr gedirdi. Biz bunu birləşdirdik. Bu qərarın verilməsi normaldır”.

Beynəlxalq koalisiyaya daxil olan ölkələrin heç birinin Türkiyə qədər təhlükəli bölgədə yerləşmədiyini deyən Davudoğlu müharibənin ən çox Türkiyəyə təsir etdiyini açıqlayıb:

“ABŞ daxil olmaqla koalisiyada olan heç bir ölkə Türkiyə kimi təhlükəli mövqedə yerləşmir. Sərhədlərimiz həm İraq, həm də Suriya terrorçuları ilə qarşı-qarşıyadır. Belə olan təqdirdə öz milli təhlükəsizliyimizi qorumaq üçün bu addımı atmağa məcburuq”.

 

 






3 Oktyabr, 2014  10:56 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner