Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kubokun finalçısı bəlli oldu

“Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının sentyabr ayı üzrə qalibi müəyyənləşib.

Simsar.az xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan oyunda əvvəlcə sentyabrda keçirilən 3 oyunun qaliblərinə – “Kapital bank”, “Norm sement” və “Ağdaş”a rəqib olacaq komanda seçilib. Bu məqsədlə finala çıxmamış komandalar arasında şans oyunu keçirilib və “Romantik” bu oyunda qalib gəlib. Beləliklə, 4 komanda sentyabr ayının finalçısı olmaq uğrunda mübarizəyə başlayıblar.

İlk görüş “Romantik”lə “Kapital bank” arasında baş tutub. Gərgin mübarizə 5:4 hesabı ilə “Kapital bank”ın xeyrinə başa çatıb. İkinci seçim görüşündə isə “Norm sement” “Ağdaş”ı böyük xal fərqi ilə məğlubiyyətə uğradıb.

Final görüşü çərçivəsində keçirilən 2 oyunda “Kapital bank” və “Norm sement” birincilik uğrunda mübarizə aparıblar. Hər iki oyunda “Kapital bank” üstünlüyünü qoruyub və sentyabrın finalçısı adını qazanıb. Bununla “Bilik kuboku” yarışı üzrə mövsümün finalında oynayacaq ilk komanda müəyyənləşib.

Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi bu intellektual yarışın mövsüm finalı dekabrda baş tutacaq və burada sentyabr, oktyabr, noyabr və dekabr ayının qalibləri qarşılaşacaqlar. Yarışın qalibi “Bilik kuboku”nu əldə edəcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Aysel Kərimova






3 Oktyabr, 2014  10:13 Baxılıb: 907 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner