Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Argentina lideri Obamanı biabır etdi!

“Dünən dəstəklədiklərinizi, bu gün terrorçu elan edirsiniz, radikal İslamçıları öz əllərinizlə iqtidara gətirdiniz. Bölgə xalqlarının azadlıqlarını öz əllərinizlə zəbt etdiniz. İŞİD-i siz qurub, qoruyursuz”.

Argentina prezidenti Kristina Fernandezin BMT toplantısında etdiyi çıxış dünya mediyasının manşetindədir. Fernandez, ABŞ Prezidenti Barak Obamanın da iştirak etdiyi toplantıda, ABŞ-ın terror siyasətini sərt sözlərlə qınayıb. Obama isə Fernandesi düşüncəli şəkildə dinləyib.

Argentina prezidentinin ABŞ haqqında “Terrorizm canavarı yaratdılar və bu canavar idar çıxdı” – sözləri dünya mediyasının manşetinə çıxıb.

Fernandes Obamaya səslənərək, dünən dəstəklədiklərinizi, bu gün terrorçu elan edirsiniz deyib: “Keçən il toplandığımızda Əsəd rejimini terrorist adlandırıb, ona qarşı olanları “devrimçi” deyib dəstəklədiniz. İndi isə dünən “devrimçi” dedikləriniz radikal İslamçılara qarşı müharibə elan etmisiniz. İŞİD və Əl Qaidənin əlində nə qədər silah var kim deyə bilər? Böyük güclər çox tez dost və düşmənini dəyişə bilir. Teroristlər dost olur, dostlar isə terrorist. Hizbullahı terrorist siyahısına salmışdınız, amma sonradan Livanda geniş çevrəsi olan hörmətli bir təşkilat olduğu ortaya çıxdı. 1994-cü ildə Buenos Ayresdə İsrail elçiliyinə edilən terror aksiyasında İranın barmağı olduğunu iddia elədiniz, ancaq sonra elə olmadığı ortaya çıxdı”.

Argentina prezidenti 11 sentyabr hadisələrinə də toxunaraq, o hadisə nəticəsində bəzi ölkələrin məhv edildiyini bildirib: “11 sentyabr hadisələrindən sonra Əfqanıstana və İraqa müharibə elan etdiniz, o ölkələr indi ən ağır vəziyyətdə yaşayırlar. Ərəb Baharını Tunis, Liviya və Misirdə başladaraq radikal İslamçıları öz əllərinizlə iqtidara gətirdiniz. Bölgə xalqlarının azadlıqlarını öz əllərinizlə zəbt etdiniz. Bu gün burda İŞİD-ə qarşı bir BMT qərarı çıxarmaq üçün toplandıq, amma İŞİD-in bəzi BMT Təhlükəsizlik Şurası ölkələrinin nəzartində  dostları tərəfindən qurulub bəsləndiyini hərkəs görür”.

Vüsal Qarayev







3 Oktyabr, 2014  08:59 Baxılıb: 1038 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner