Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bu jurnalistin fəaliyətinə müdaxilədir” – Çingiz Qənizadə

Millət vəkili Çingiz Qənizadə, Simsar.az saytının 5 əməkdaşının, Hacıqabul rayonunda, şəhid ailəsindən reportaj hazırlamaq istədikləri üçün saxlanılmalarına münasibət bildirib.

Millət vəkili deyib ki, jurnalistin könüllülüyü əsasında istənilən şəxsdən müsahibə almaq hüququ var. Jurnalist hansısa rayondan reportaj hazılamaq üçün İcra Hakimiyyətində qeydiyyatdan keçməməlidir: “Bu jurnalistin fəaliyətinə müdaxilədir. Bu dövlət obyektlərinə getmək deyil, bu vətəndaşın evinə getməkdir. Əgər o könüllü müsahibə vermək istəyibsə, bunun qarşısının alınması yolverilməzidr. Bu düzgün deyil. Dərhal Daxili İşlər Nazirliyi adına müraciət edin. Polisin sizə qarşı hərəkətləri qanunsuzdur. Ümumiyyətlə, polisin müdaxiləsi yolverilməzdir. Könüllülük əsasında hər kəsin müsahibə vermək hüququ var. Sizin yuxarı orqanlara şikayət etmək hüququnuz var”.

Qeyd edək ki, oktyabrın biri, Simsar.az saytının Hacıqabul rayonuna ezam olunmuş 5 əməkdaşı, reportaj hazırladıqları üçün Cinayət-Axtarış şöbəsinin, Rayon İcra Hakimiyyətinin, rayon yol polisinin və polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, 4 saat polis şöbəsində saxlanılıblar.

Vüsal Qarayev







2 Oktyabr, 2014  11:07 Baxılıb: 1040 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner