Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Simsar.az-ın əməkdaşları Hacıqabulda saxlanıldı - YENİLƏNİB

Simsar.az xəbər verir ki, Simsar.az-ın beş nəfər əməkdaşı Hacıqabul rayon polis şöbəsində 4 saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Rayonun çıxışında bir daha yol patrul əməkdaşları tərəfindən maşının sənədləri yoxlanılıb.

***18:40

“O, bizim şəhidimizdir, sizin ziyarətinizə icazə yoxdur”.

Simsar.az xəbər verir ki, Hacıqabula ezam olunmuş əməkdaşlarımıza qarşı şəhər Hüquq mühafizə orqanları tərəfindən anlaşılmaz münasibət göstərilir. Bir neçə gün öncə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlunun ailəsini ziyarətə gedən əməkdaşlarımız Şəhər İcra Hakimiyyəti və Hüquq mühafizə orqanları tərəfindən təqibə məruz qalıblar. İki xidməti avtomobillə əməkdaşlarımızı izləyən şəxslər maşının qarşısını kəsib özlərini Cinayət-Axtarış şöbəsinin nümayəndələri kimi təqdim ediblər. Əməkdaşlarımızın “biz şəhidimizin ailəsini ziyarət üçün gəlmişik” – sözlərinə cavab isə maraqlı olub: “O, bizim şəhidimizdir, sizin ziyarətinizə icazə yoxdur”.

Hazırda xidməti avtomobillər və patrul xidməti müşayəti ilə əməkdaşlarımız rayon polis şöbəsinə aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Simsar.az-ın beş nəfər əməkdaşı Hacıqabula şəhid zabitimizin ailəsini ziyarət üçün ezam olunublar.

 






1 Oktyabr, 2014  20:58 Baxılıb: 3116 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner