Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Əhmədovdan "hesabat qərəzlidir" reaksiyası

ABŞ Dövlət Departamentinin iradları cavabsız qalmadı

"ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Azərbaycan reallıqlarının ciddi şəkildə təhrif edilməsi məqamlarına rast gəlmək mümkündür”.

Bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, ümumiyyətlə hər hansı dövlətin ayrı-ayrı ölkələrdəki ictimai-siyasi vəziyyətlə əlaqədar hesabat hazırlanmasına onların nə qədər mənəvi-əxlaqi cəhətdən haqqı olub-olmaması məsələsinə də aydınlıq gətirmək lazımdır: “İstənilən ölkəyə zərrəbinlə baxmaq istəsən, bu və ya digər nöqsanları tapmaq mümkündür. O ki qaldı ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsinə, burada Azərbaycan reallıqları ilə bağlı həqiqətlərin kifayət qədər ciddi şəkildə təhrif edərək təqdim olunmasına rast gəlmək mümkündür. Azərbaycan kifayət qədər sürətlə inkişaf edir, iqtisadiyyat çiçəklənir, insanların rifahı yaxşılaşır.

Azərbaycan insan haqlarının qorunması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Hesab edirəm ki, hər hansı dövlətin Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlanmasına haqq qazandırmaq mümkün deyil. Burada qərəz də, qeyri-obyektivlik də aydın şəkildə görünməkdədir”.

Simsar.az 






11 Aprel, 2011  16:56 Baxılıb: 1149 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner