Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müsavat başqanı yeni müavinlər təyin edəcək - ÖZƏL

Bunu Simsar.az-a Müsavat Məclisinin üzvü Musatafa Hacıbəyli həbsdə olan başqan müavinlərin fəaliyyətlərinin mümkünsüzlüyündən danışarkən deyib.

O bildirib ki, Müsavat başqanı Arif Hacılı qurultay öncəsi öz planları haqqında ətraflı məlumat verib: “Arif bəy bildirib ki, Müsavat başqanının müavinləri çox olacaq. İlkin olaraq təyin olunanlar məhbəsdə olan insanlardır. Növbəti mərhələdə, məclisin və divanın formalaşması başa çatdıqdan sonra başqa müavinlərin təyin olunacağı gözlənilir. Həmin şəxslər partiyada funkisonal məsələlərin həyata keçirilməsində vəzifələrini icra edəcəklər”.

Xatırladaq ki, Müsavat Partiyasının yeni seçilmiş başqanı Arif Hacılı yeni müavinlərin təyin olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Tofiq Yaqublu, Yadigar Sadıqov və Fərəc Kərimov başqan müavinləri təyin olunublar.

Bildirək ki, müavinlərin hər üçü hazırda məhbus həyatı yaşayırlar.

Hüseyn İbadlı

 






1 Oktyabr, 2014  15:08 Baxılıb: 818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner