Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Keçmiş müsavatçıdan Arif Hacılıya cavab: “Araşdırmanıza danadişi kəsim”

Bir neçə gün əvvəl bəyanat verərək Müsavat üzvlüyündən istefa verən Samir Kazımlı partiyanın yeni rəhbərliyi tərəfindən ona ünvanlanan ittihama cavab verib.

Simsar.az-ın məlumatına görə, S. Kazımlı onun partiyanın fəal üzvü olmadığı haqda partiyanın yeni başqanı Arif Hacılının dediklərini ritorik cavablandırıb: “Camaatın işini Baş Prokurorluq, mənim məsələmi isə Müsavat Partiyası araşdırır. 100 illik partiyanın yeni və köhnə rəhbərliyi hələ də mənim hansı rayon təşkilatında üzv olduğumu tapa bilmir. Düzü, mənim də yadımdan çıxıb, yoxsa deyərdim. Deyəsən Zamin Hacı demişkən, mən “gizli Müsavat” olmuşam. Araşdırın, araşdırmanıza danadışı kəsim. Araşdırmağa belə həvəslinizsə, gedib hakimiyyətin qanunsuz əməllərini də araşdırın. Partiyadan istefa vermək mənim hüququmdur və bu hüququmdan istifadə etmişəm. Bununla da söhbət bağlanıb gedə bilərdi. Bəyanatımda ittihamlar da olub. Onlara cavab verə və ya verməyə də bilərdiniz. Düzdür, ittihamlara heç bir cavab da verə bilməyiblər. Əvəzində isə məni Müsavata qarşı kampaniya aparmaqda ittiham etdinizsə, əla... Borclu borclunun sağlığını istəyər. Elə mən də sizin sağlığınızı istəyirəm. Yeni başqan Arif Hacılıya cavabı növbəti bəyanatda ola bilər. O da baxır əhvalıma. Amma mən cənab Hacılıya heç nə deməmişdim axı. Eybi yoxdur. Həm də köhnə başqana ürək sözlərim yarımçıq qalmışdı”.

Xatırldaq ki, Samir Kazımlı Müsavatın sonuncu qurultayından sonra – sentyabrın 28-də partiyadan bəyanat verərək, istefa verib. Onun bu istefasına münasibət bildirən partiyanın yeni başqanı Arif Hacılı deyib ki, onun təşkilatın hansı şöbəsinin üzvü olduğu araşdırılır. Bundan başqa Samir Kazımlı partiyanın işində fəal olmayıb.

Simsar.az







1 Oktyabr, 2014  09:49 Baxılıb: 865 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner