Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Kütləvi qətldə şübhəli bilinən şəxs tutuldu – ÖZƏL

Goranboy rayonunda kütkləvi qətl hadisəsi ilə bağlı axtarışda olan şübhəli şəxs saxlanılıb.

Goranboy rayon Polis Şöbəsindən Simsar.az-a verilən məlumata görə, qətl hadisəsini törətməkdə şübhəli bilinən Hüseynov Rafiq Müzəffər oğlu hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Hazırda hadisənin baş vermə səbəblərinin öyrənilməsi üçün R. Hüseynovun ifadəsi alınır.

Xatırladaq ki, Goranboy rayonunda kütləvi qətl törədilib. Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.

Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.

Hüseyn İbadlı







1 Oktyabr, 2014  09:11 Baxılıb: 1023 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner